Menyu

Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul imtahanına qeydiyyat başlanıb

Nərmin Qocamanlı
Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul imtahanına qeydiyyat başlanıb
1 dəq oxu

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün sentyabrın 17-də keçiriləcək qəbul imtahanına qeydiyyat başlanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.

Bildirilib ki, namizədlərin imtahana qeydiyyatı DİM-in saytındakı keçid vasitəsilə avqustun 15-i saat 18:00 dək həyata keçiriləcək.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır (şəxsi kabineti olmayanlar).

Namizədlər DİM-in saytındakı link vasitəsilə Xarici İşlər Nazirliyinə işə qəbul qaydaları və müsabiqə şərtləri ilə tanış ola bilərlər.

Əlaqəli Xəbərlər