Menyu

Abşeronda kəsici alətlə xəsarət yetirilən şəxslərdən biri ölüb (YENİLƏNİB)

Abşeronda kəsici alətlə xəsarət yetirilən şəxslərdən biri ölüb (YENİLƏNİB)

Abşeronda kəsici alətlə xəsarətlər yetirilən 4 nəfərdən biri ölüb.

Bu barədə "Operativ Media"ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

"Xəsarət alanlardan biri, 1966-cı il təvəllüdlü Zümrüd Həşimova tibbi müdaxilələrə baxmayaraq xəstəxanada ölüb", - məlumatda deyilir.

*** 11:18

İyulun 3-də saat 10 radələrində Abşeron rayonu Digah kəndində 4 nəfərə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, 1955-ci il təvəllüdlü H.Həşimov, onun həyat yoldaşı və övladı və digər kənd sakini aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. 

Cinayət əməlini törətməkdə şübhəli bilinən, 1974-cü il təvəllüdlü, əvvəllər məhkum olunan Həşimov Sərxan Mirzəağa oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. 

Xəsarət alan şəxslərdən 3 nəfər - S.Həşimovun əmisi və onun ailə üzvləridir. 

Araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər