http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Polisin Şirvanda keçirdiyi əməliyyatlarda 62 nəfər saxlanılıb

03 İyul 2023 , 14:32
Polisin Şirvanda keçirdiyi əməliyyatlarda 62 nəfər saxlanılıb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən cari ilin may-iyun ayları ərzində şəhər ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan, dələduzluq, oğurluq, soyğunçuluq, qəsdən sağlamlığa zərər vurma və xuliqanlıq cinayətləri edən ümumilikdə 62 nəfər saxlanılıb.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, həmin şəxslərdən 33-ü narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polisin keçirdiyi əməliyyatlar nəticəsində tutulub. Qanunsuz dövriyyədən 5 kiloqramdan artıq heroin və metamfetamin, 5 kiloqram 410 qram marixuana, eləcə xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən çətənə bitkiləri çıxarılıb.

Həmçinin, qeyd edilən dövr ərzində Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən və zərərçəkənlərin pullarını ələ keçirən 14, evlərdən, mağazalardan və avtomobillərdən oğurluqlar edən 9, vətəndaşlara qarşı soyğunçuluq edən 3, qəsdən sağlamlığa zərər vuran 1 və  xuliqanlıq edən 2 nəfər şəxs də saxlanılaraq məsuliyyətə cəlb olunub.

Aşkar edilən bütün faktlarla əlaqədar Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Elm və təhsil nazirinin Balakəndə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Elm və təhsil nazirinin Balakəndə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Bakıda mebel və taxta materialları sexindəki yanğın məhdudlaşdırılıb - YENİLƏNİB

Bakıda mebel və taxta materialları sexindəki yanğın məhdudlaşdırılıb - YENİLƏNİB

Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb

Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb

XƏBƏR LENTİ
  • 17:07

    Elm və təhsil nazirinin Balakəndə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib
  • 17:00

    Bakıda mebel və taxta materialları sexindəki yanğın məhdudlaşdırılıb - YENİLƏNİB
  • 16:39

    Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb
  • 16:05

    Azərbaycanda torpağın məqsədli təyinatının dəyişdirilməsi üçün əsaslar müəyyənləşib
  • 16:03

    Pakistanda helikopterin qəzaya uğraması nəticəsində azı 6 nəfər ölüb
  • 16:00

    "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib
  • 15:58

    "Hizbullah" Həsən Nəsrullahın öldürüldüyünü təsdiqləyib
  • 15:44

    Azərbaycanda torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqlənib
Menyu