Menyu

Kürdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb

Nərmin Qocamanlı
Kürdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb

Kür çayının Varvara Ovçuluq Təsərrüfatının ərazisindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidməti məlumat yayıb.

Araşdırma zamanı qanunsuz balıq ovlayan şəxslərin Yevlax rayon sakinləri Məhəmməd Babayev, Rəfael Əsədov, Mingəçevir şəhər sakini Eşqin Həsənov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Eyni zamanda, keçirilən nəzarət tədbirləri zamanı Kür çayının Varvara Ovçuluq Təsərrüfatından keçən hissəsindən sintetik torlar yığışdırılıb.

Teqlər:

"Kürdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb"

Əlaqəli Xəbərlər