Menyu

Qusarda bələdiyyə sədrləri cərimələnib

Nərmin Qocamanlı
Qusarda bələdiyyə sədrləri cərimələnib

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Qusar rayonu ərazisində keçirdikləri tədbirlər zamanı Köhnə Xudat, Gədəzəyxur, Hil və İmamqulukənd  kəndlərində məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, inzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduqlarına görə həmin kəndlərin bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər