http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Xətaidə çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

03 İyul 2023 , 17:26
Xətaidə çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir. 

"Operativ Media" xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, S. Əhmədov küçəsi, ev 5D ünvanında fəaliyyət göstərən fiziki şəxs Əsədov Asim Ehtiram oğluna məxsus çörək istehsalı müəssisəsində aparılmış plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisədə sanitar texniki və sanitar gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, havalandırma sisteminin quraşdırılmadığı, tavan, döşəmə və divar səthlərinin asan təmizlənmənin və dezinfeksiya vasitələrinin təsirinə davamlı materiallarla üzlənmədiyi, texnoloji ardıcıllığa və temperatur rejiminə əməl edilmədiyi, xammalların və inqrediyentlərin çirklənmədən mühafizə ediləcək şəraitdə saxlanılmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, işçi heyətin xüsusi geyimlə tam təmin edilmədiyi, həmçinin ilkin və dövri tibbi müayinədən keçmədiyi aşkar olunub. Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.

OXŞAR XƏBƏRLƏR
Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılacaq

Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılacaq

Ombudsmanın nümayəndələri Suriayadan Azərbaycana gətirilmiş vətəndaşların problemlərini öyrənib

Ombudsmanın nümayəndələri Suriayadan Azərbaycana gətirilmiş vətəndaşların problemlərini öyrənib

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib

XƏBƏR LENTİ
  • 14:45

    Krivotsyuk oynadı, komandası məğlub oldu
  • 14:43

    Pezeşkian "Hizbullah" liderinin öldürülməsinə cavab tədbirləri hazırlandığını bəyan edib
  • 14:23

    Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılacaq
  • 14:21

    Ombudsmanın nümayəndələri Suriayadan Azərbaycana gətirilmiş vətəndaşların problemlərini öyrənib
  • 14:07

    Naxçıvanda xüsusi təyinatlıların təlimi keçirilib
  • 14:00

    “Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
  • 13:52

    “Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması Qaydası” təsdiqlənib
    “Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması Qaydası” təsdiqlənib
  • 13:42

    Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrini təbrik edib
    Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrini təbrik edib
Menyu