Menyu

Ötən ay KTM-yə zəhərlənmə ilə bağlı 683 nəfər müraciət edib

Nərmin Qocamanlı
Ötən ay KTM-yə zəhərlənmə ilə bağlı 683 nəfər müraciət edib

İyun ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 683 nəfər müraciət edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Mərkəzin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, onlardan 105-i Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəbul olunan xəstələrdən 37-si dərmandan, 24-ü sirkə turşusundan, 3-ü dəm qazından zəhərlənib. Digərlərindən 10-u etanol, 5-i anaflaksiya, 6-sı allergik reaksiya, 1-i botulizm, 17-si ilan sancması, 2-si arı sancması səbəbindən xəstəxanaya yerləşdirilib.

Zəhərlənən şəxslərin 51-i qadın, 43-ü kişi, 11-i isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 3 nəfər sirkə turşusundan, 2 nəfər etanoldan, 1 nəfər dərmandan, 1 nəfər anafilaktik şokdan dünyasını dəyişib.

Dünyasını dəyişən şəxslərdən 5-i kişi, 2-si qadındır.

Teqlər:

"Ötən ay KTM-yə zəhərlənmə ilə bağlı 683 nəfər müraciət edib"

Əlaqəli Xəbərlər