Menyu

“Kanal S” televiziya kanalının efiri 3 saatlıq dayandırılacaq

Nərmin Qocamanlı
“Kanal S” televiziya kanalının efiri 3 saatlıq dayandırılacaq

04 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının videoformatda iclası keçirilmişdir. İclasda "Kanal S" televiziya kanalının efirində reklam qanunvericiliyinin tələblərinin pozulması faktı müzakirə olunmuşdur.

Belə ki, regional yerüstü televiziya yayımçısı və peyk yayımı həyata keçirən platforma yayımçısı olan "Kanal S" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Kanal S" televiziya redaksiyasının efirində 25 iyun 2023-cü il tarixində saat 17.00-18.00 arası 13 dəqiqə reklam yayımının həyata keçirilməsi ilə "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinin pozulmasına yol verilmişdir.

Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikası Qanununun 39.1.4-cü, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq "Kanal S" televiziya redaksiyasının proqramlarının yayımını 05 iyul 2023-cü il tarixdə 3 (üç) saatlıq müddətə (saat 09.00-dan saat 12.00-dək) dayandırılması barədə qərar qəbul etmişdir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər