05 İyul 2023, 14:54
Milli Müdafiə Universitetinin bir qrup nümayəndəsi Bolqarıstanda səfərdə olub
Milli Müdafiə Universitetinin bir qrup nümayəndəsi Bolqarıstanda səfərdə olub şəkil
Milli Müdafiə Universitetinin bir qrup nümayəndəsi Bolqarıstanda səfərdə olub

Milli Müdafiə Universitetinin bir qrup nümayəndəsi Bolqarıstan Respublikasının Varna şəhərində N.Y.Vaptsarov adına Ali Hərbi Dənizçilik Məktəbi və Varna Tibb Universitetini, eləcə də Sofiya şəhərində yerləşən Hərbi Tibb Akademiyasını ziyarət edib.

"Operativ Media" xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin rəisi tibb xidməti polkovniki Çingiz Əlləzovun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə keçirilən görüşlərdə hərbi tibb təhsili və elmi sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Səfər zamanı hərbi tibb personalının hazırlanması ilə bağlı təcrübə mübadiləsi və rəsmiləşdirilməsi nəzərdə tutulan birgə elmi və təhsil fəaliyyətinə dair razılıq əldə olunub.

Azərbaycan nümayəndə heyəti, həmçinin Hərbi Tibbi Simulyasiya Mərkəzində NATO ilə birgə keçirilən sanitar təlimatçılar, kursantlar və hərbi həkimlərin təlimini izləyib.

Son xəbərlər
Azərbaycan güləşçiləri "Zaqreb Open"də daha iki medal qazanıblar
Somali Nazirlər Şurası Azərbaycanla əməkdaşlıq sazişlərini təsdiqləyib
İtaliya Qəzzaya 15 ton humanitar yardım göndərib
"Liverpul" İngiltərə Liqa Kubokunda finala yüksəlib
Tramp BCM-nin əməkdaşlarına qarşı sanksiyalar tətbiq edib
Azərbaycanın Los-Ancelesdəki baş konsulu səudiyyəli həmkarı ilə görüşüb
Azərbaycan millisi Belçikaya məğlub oldu
BMT-də COP29-da əldə edilən mühüm nailiyyətlər vurğulanıb