Menyu

ANAMA əməkdaşları Füzulidə yol qəzasına düşüb

Nərmin Qocamanlı
ANAMA əməkdaşları Füzulidə yol qəzasına düşüb

Füzuli rayonunda ANAMA əməkdaşları yol qəzasına düşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Belə ki, 2023-cü il 05 iyul tarixində Füzuli rayonunun Kurdmahmudlu kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib.

Hadisə nəticəsində Agentliyin əməkdaşları Məhərrəmov Orxan, Hacıyev Ceyhun, Aslanov Afiq və Əhmədov Elnur xəsarət alıb. Xəsarət alan şəxslər Füzuli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə iş saatından sonra, əməkdaşın şəxsi avtomobili ilə hərəkətdə olduğu zaman baş verib.

Teqlər:

"ANAMA əməkdaşları Füzulidə yol qəzasına düşüb"

Əlaqəli Xəbərlər