Menyu

Xaçmazda ticarət mərkəzində 92 manatdan artıq pulu mənimsəyən şəxs həbs edilib

Nərmin Qocamanlı
Xaçmazda ticarət mərkəzində 92 manatdan artıq pulu mənimsəyən şəxs həbs edilib

Ticarət Mərkəzində baş vermiş mənimsəmə faktı üzrə cinayət işi başlanıb

Xaçmaz rayon prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, Xaçmaz rayon sakini Azər Səfərova məxsus “Qayalı” ticarət mərkəzində pul vəsaitinin mənimsənilməsinə dair daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı Xaçmaz rayon sakini Şərafəddin Hacıyevin həmin ticarət obyektində menecer vəzifəsində işləyərkən ona etibar edilmiş 92 min manatdan artıq pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda başlanmış cinayət işi üzrə Şərafəddin Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq tədbirləri davam etdirilir.

Teqlər:

"Xaçmazda ticarət mərkəzində 92 manatdan artıq pulu mənimsəyən şəxs həbs edilib"

Əlaqəli Xəbərlər