Dövlət Komitəsinin kollegiyasının tərkibində dəyişiklik edilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibində dəyişiklik edilib.
"Operativ Media" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Dövlət Komitəsinin kollegiya üzvlərinin sayı 11 (on bir) nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Kollegiyanın sədri kimi təyin edilib.
Kollegiyanın üzvləri:
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi sədrinin müavinləri
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin sədri
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi Aparatının rəhbəri
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi Aparatının Ailə məsələləri şöbəsinin müdiri
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi Aparatının Qadın və gender məsələləri şöbəsinin
müdiri
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi Aparatının Uşaq məsələləri şöbəsinin müdiri
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi Aparatının Xarici əlaqələr və protokol xidməti
şöbəsinin müdiri
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi Aparatının Hüquqi-təminat şöbəsinin müdiri
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi Aparatının Analitik təhlil və informasiya şöbəsinin
müdiri.”.