Menyu

Azərbaycan dəmir yolları ilə sərnişindaşımada 52 faiz artım olub

Nərmin Qocamanlı
Azərbaycan dəmir yolları ilə sərnişindaşımada 52 faiz artım olub

Cari ilin ilk 6 ayı ərzində Azərbaycan dəmir yolları ilə 3 milyon 230 min 728 nəfər sərnişin daşınıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolların  (ADY) məlumat yayıb.

Bildirilib ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 52 faiz artım deməkdir.

Belə ki, Abşeron dairəvi dəmir yolu xətti üzrə 6 ay ərzində 3 milyon 75 min 520 nəfər sərnişin daşınıb, bu, ötən ilin eyni dövrü ilə müqayisədə isə 47 faiz çoxdur.

Bölgələr üzrə sərnişin daşımada bu ilin əvvəlindən Bakı-Gəncə (Ağstafa)-Bakı marşrutu üzrə 125 min 772 nəfər sərnişin səyahət edib. Bu ilin martın 18-dən etibarən ilk dəfə fəaliyyətə başlayan Bakı-Qəbələ-Bakı marşrutu üzrə isə 9 min 704 nəfər sərnişin daşınıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər