http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Baş prokuror Türk Dövlətləri Təşkilatının Baş katibi ilə görüşüb

06 İyul 2023 , 14:56
Baş prokuror Türk Dövlətləri Təşkilatının Baş katibi ilə görüşüb

İyulun 6-da Baş prokuror Kamran Əliyev ölkəmizdə işgüzar səfərdə olan Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevlə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Qonağı salamlayan Baş prokuror Azərbaycanla TDT arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq qardaş və dost türkdilli ölkələrin müxtəlif qurumları, o cümlədən prokurorluq orqanları arasında əlaqələrin gücləndirilməsinin önəmli olduğunu bildirib.

Kamran Əliyev Vətən müharibəsi zamanı TDT tərəfindən ölkəmizin haqlı mövqeyi daim dəstəkləndiyinə görə təşəkkürünü ifadə edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqəti ilə Qarabağda aparılan geniş quruculuq bərpa işləri haqda qonağı məlumatlandırıb.

2021-ci ilin noyabrın 1-də Azərbaycan və Türkiyə prokurorluqlarının təşəbbüsü ilə Bakıda TDƏŞ-ə üzv dövlətlərin Baş prokurorlarının ilk iclası və Baş prokurorlar Şurasının təsis edilməsinin əhəmiyyəti vurğulanaraq, ötən ilin avqust ayında ölkəmizin ev sahibliyi ilə Bakıda TDT üzv ölkələrin gənc prokurorları üçün hüquqi əməkdaşlıq mövzusunda beynəlxalq seminarın keçirilməsi qeyd olunub.

Baş katib Kubanıçbek Ömüralıyev yaradılmış platformanın TDT tərəfindən təqdir edildiyini və dəstəkləndiyini bildirərək türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığın inkişafında, xüsusən də cinayətkarlığa qarşı mübarizədə təsis edilmiş Şuranın mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran, o cümlədən Şuranın ikinci iclasının cari ilin noyabr ayında Ankara şəhərində keçirilməsi və sair məsələlər üzrə səmərəli fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb

Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb

Parlament seçki nəticələrinin təsdiqi üçün sənədlər Konstitusiya Məhkəməsinə təqdim edilib

Parlament seçki nəticələrinin təsdiqi üçün sənədlər Konstitusiya Məhkəməsinə təqdim edilib

Müdafiə Nazirliyində fotoqraf Reza Deqatinin iştirakı ilə master-klas keçirilib

Müdafiə Nazirliyində fotoqraf Reza Deqatinin iştirakı ilə master-klas keçirilib

XƏBƏR LENTİ
  • 22:54

    Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
Menyu