Bu ilin birinci yarısında dəmir yolları ilə 9,1 milyon ton yük daşınıb
Nərmin Qocamanlı
Cari ilin ilk 6 ayı ərzində Azərbaycan dəmir yolları ilə 9 milyon 157 min 703 ton yük daşınıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları məlumat yayıb.
Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz artım deməkdir.
Belə ki, dəmir yolları ilə Azərbaycana 6 ay ərzində 2 milyon 378 min 78 ton yük idxal olunub, 1 milyon 666 min 91 ton yük isə ixrac olunub.
Dəmir yolları ilə ölkə daxilində 1 milyon 585 min 836 ton yük daşınıb. Tranzit yük daşımaları üzrə göstərici bu ilin 6 ayında 3 milyon 527 min 698 ton təşkil edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net