Menyu

Tibb İdarəsində təlim-metodiki toplanış keçirilib

Nərmin Qocamanlı
Tibb İdarəsində təlim-metodiki toplanış keçirilib

2023-cü ilin hazırlıq planına əsasən, Müdafiə Nazirliyinin Tibb İdarəsində təlim-metodiki toplanış keçirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Azərbaycan Ordusunun tibbi hərbi hissə və müəssisələrinin komandirləri (rəisləri), qoşun (qüvvə) növlərinin tibb xidməti rəisləri və Müdafiə Nazirliyinin baş tibb mütəxəssislərinin iştirak etdiyi toplanışda cari ildə Azərbaycan Ordusunda tibb sahəsində görülən işlər barədə ətraflı məruzələr dinlənilib.

Bildirilib ki, cari ilin qış tədris dövrü ərzində  hərbi tibb müəssisələrində ixtisaslı tibb işçiləri tərəfindən hərbi qulluqçulara yüksək səviyyədə bütün növ zəruri tibbi yardım göstərilib, eləcə də şəxsi heyət arasında xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilib.

Toplanışda həmçinin hərbi tibb sahəsi üzrə digər mövzulara dair ətraflı müzakirələr aparılıb.

Teqlər:

"Tibb İdarəsində təlim-metodiki toplanış keçirilib"

Əlaqəli Xəbərlər