Xaçmazda əkiz qardaşlar qətlə yetirilib - YENİLƏNİB
Nərmin Qocamanlı 984 baxış
Əkiz qardaşların ölməsi faktı üzrə cinayət işi başlanıb
Xaçmaz rayon prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, iyulun 7-si saat 15 radələrində Xaçmaz rayonu, Yalama qəsəbəsi, Meşəli kəndində yerləşən evlərin birində 1992-ci il təvəllüdlü əkiz qardaşlar - Orxan və Kamran İsgəndərovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq edilir.
***
15:59
İyulun 7- də saat 15 radələrində Xaçmaz rayon Yalama qəsəbəsi Meşəli kəndində evlərin birində 1992-ci il təvəllüdlü İsgəndərov Kamran və Orxan əkiz qardaşların kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, cinayət hadisəsi ilə bağlı polis və prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır.
Əlavə məlumat veriləcəkdir.
Teqlər:
"Xaçmazda əkiz qardaşlar qətlə yetirilib - YENİLƏNİB"