Menyu

Astarada həmkəndlisini öldürməyə cəhd edən şəxsin məhkəməsi başlayır

Nərmin Qocamanlı
Astarada həmkəndlisini öldürməyə cəhd edən şəxsin məhkəməsi başlayır

Xəbər verildiyi kimi martın 18-i Astara rayon Artupa kənd sakini Şamxal Şahverdiyevin qonşusu Alqış Quliyevi qəsdən  öldürməyə cəhd etməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Astara rayon prokurorluğundan "Operativ Media"ya istintaqla Şamxal Şahverdiyevin tanışı Saleh Yusifovla qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgə əmlakını oğurluq yolu ilə talaması, bundan sonra həmkəndlisi Alqış Quliyevin yaşadığı evə daxil olub bıçaqla xəsarətlər yetirərək onu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Şamxal Şahverdiyevə Cinayət Məcəlləsinin 29,120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd),  157.1 (mənzil toxunulmazlığını pozma), 177.2.1 və 177.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq) maddələrilə yekun ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər