Menyu

Xızıda 60 hektar sahədə quru ot və kol-kos yanıb

Nərmin Qocamanlı
Xızıda 60 hektar sahədə quru ot və kol-kos yanıb
1 dəq oxu

Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın nəticəsində təxminən 60 hektar sahədə quru ot və kol-kos yanıb.

"Operativ Media"  Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ətraf ərazilər, o cümlədən meşə, yaxınlıqda yerləşən yanacaqdoldurma məntəqəsi və yaşayış sahələri yanğından mühafizə olunub, həmçinin yanğının Altıağac Milli Parkına keçməsinin qarşısı alınıb.

Əlaqəli Xəbərlər