Menyu

Bakıda oğul 55 yaşlı atasını qətlə yetirib - YENİLƏNİB

Nərmin Qocamanlı
Bakıda oğul 55 yaşlı atasını qətlə yetirib - YENİLƏNİB

İyulun 9-u saat 02 radələrində paytaxtın Nizami rayonunda yerləşən evlərin birində 1968-ci il təvəllüdlü Yusifli Rəsul Xanmirzə oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nizami rayon prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, ilkin araşdırma zamanı 1993-cü il təvəllüdlü Pərvin Yusifovun aralarında yaranmış mübahisə zamanı atası Rəsul Yusifovu bıçaqla  xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Pərvin Yusifov prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub. 

İbtidai istintaq davam etdirilir

***

06:56

İyulun 9- də saat 02 radələrində paytaxtın Nizami rayonunda evlərin birində 1968-ci il təvəllüdlü Yusifli Rəsul Xanmirzə oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, oğlu 1993-cü il Y.Pərvin polis əməkdaşları tərəfindən saxlanılıb. 

Araşdırma apar

Teqlər:

"Bakıda oğul 55 yaşlı atasını qətlə yetirib - YENİLƏNİB"

Əlaqəli Xəbərlər