Zəngilanda yabanı halda bitən 3 tondan artıq çətənə bitkisi məhv edilib
Nərmin Qocamanlı
Zəngilan Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayonun Bürünlü kəndinin ərazisində çətənə bitkiləri aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, yabanı halda bitən ümumilikdə, çəkisi 3 ton 330 kiloqram olan 4630 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.
Teqlər:
"Zəngilanda yabanı halda bitən 3 tondan artıq çətənə bitkisi məhv edilib"