09 İyul 2023, 17:32
Baş Prokuror Naxçıvan hərbi prokurorluğunun əməkdaşları və hərbi qulluqçularla görüşüb
Baş Prokuror Naxçıvan hərbi prokurorluğunun əməkdaşları və hərbi qulluqçularla görüşüb şəkil
Baş Prokuror Naxçıvan hərbi prokurorluğunun əməkdaşları və hərbi qulluqçularla görüşüb

Xəbər verildiyi kimi Baş prokuror Kamran Əliyev Naxçıvan Muxtar Respublikasında səfərdədir.

"Operativ Media"nın məlumatına görə, səfər çərçivəsində Kamran Əliyev Naxçıvan hərbi prokurorluğunun əməkdaşları və Müdafiə Nazirliyinin Sədərək rayonunda yerləşən N saylı hərbi hissəsinin hərbi qulluqçuları ilə görüşüb.

Görüş zamanı Baş Prokuror Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycanın bütün sahələrdə durmadan inkişaf etdiyini, günbəgün daha da qüdrətləndiyini bildirərək, bunun parlaq nümunəsi kimi 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın Müzəffər sərkərdəliyi altında xalqın və dövlətin sarsılmaz birliyi nəticəsində rəşadətli Ordumuzun torpaqlarımızı düşmən işğalından azad etdiyini vurğulayıb.

Prokurorluq orqanlarının tərkin hissəsi olan Hərbi prokurorluğun, o cümlədən Naxçıvan hərbi prokurorluğunun əməkdaşlarının qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdiyi nailiyyətlər, 44 günlük Vətən müharibəsi dövründə göstərdikləri fədakarlıqlar, həmçinin müharibədən sonrakı dövrdə üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirmələri yüksək qiymətlədirilib.

Vurğulanıb ki, Naxçıvan  hərbi prokurorluğunda yaradılan şərait, peşəkar və perspektivli kollektiv, onların səmərəli iş fəaliyyəti imkan verəcək ki, qarşıya qoyulan tapşırıqlar bundan sonra da layiqincə icra edilsin.

Hərbi prokurorluğun əməkdaşları xidmətlərinin daha səmərəli və peşəkar təşkil edilməsi üçün yaradılan yüksək şəraitə, eləcə də müasir maddi-texniki təminata və təchizata görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildirib.

Daha sonra Baş prokuror əsgər və zabitlərlə görüş keçirib. 

Kamran Əliyev Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilmiş hərbi-siyasi Zəfərin əhəmiyyətindən bəhs edib.
 
Sonra bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim olunub.

Son xəbərlər
ABŞ-da güclü tufan çətinliklər yaradıb
İranda zəlzələ baş verib
Aİ Ukraynaya yeni hərbi yardım paketi ayıracaq
İranda zəlzələ baş verib
Xaçmazda avtomobil ağaca çırpılıb, ölən var
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
Fələstin prezidenti Makronla telefon danışığı aparıb
Göyçayda mənzildə meyit aşkarlanıb - YENİLƏNİB