http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Qohumunun həyətində narkotik tərkibli bitkilər yetişdirən Sabirabad rayon sakini saxlanılıb

10 İyul 2023 , 09:05
Qohumunun həyətində narkotik tərkibli bitkilər yetişdirən Sabirabad rayon sakini saxlanılıb

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən gecə saatlarında keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun Minbaşı kənd sakini Xeyrəddin Fərəcov saxlanılıb. O, ilkin dindirilmə zamanı qeyd edilən cinayət əməli ilə məşğul olduğunu və heç kimin şübhələnməməsi üçün çətənə bitkilərini rayonun Qarağac kəndində yerləşən əmisi oğluna məxsus fərdi yaşayış evinin həyətində əkdiyini etiraf edib. 
Polis əməkdaşları tərəfindən qeyd edilən ünvana keçirilən baxış zamanı həyətyanı sahədən, eləcə həyətdə olan yarımtikilidən hündürlüyü 3 metrə qədər, yaş çəkisi isə 91 kiloqramdan artıq olan 249 ədəd çətənə kolu və 5 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb

Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb

Parlament seçki nəticələrinin təsdiqi üçün sənədlər Konstitusiya Məhkəməsinə təqdim edilib

Parlament seçki nəticələrinin təsdiqi üçün sənədlər Konstitusiya Məhkəməsinə təqdim edilib

Müdafiə Nazirliyində fotoqraf Reza Deqatinin iştirakı ilə master-klas keçirilib

Müdafiə Nazirliyində fotoqraf Reza Deqatinin iştirakı ilə master-klas keçirilib

XƏBƏR LENTİ
  • Dünən
    23:31

    Özbəkistan Cüdo Federasiyasının prezidenti Bakıya gəlib
  • Dünən
    22:54

    Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb
  • Dünən
    22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • Dünən
    22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • Dünən
    21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • Dünən
    21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • Dünən
    21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • Dünən
    20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
Menyu