Menyu

Həftəsonu yol qəzalarında 8 nəfər ölüb

Nərmin Qocamanlı
Həftəsonu yol qəzalarında 8 nəfər ölüb

İyulun 8-də və 9-da ölkə ərazisində qeydə alınan* 104, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 52, o cümlədən borclu şəxs qismində axtarışda olan 37  nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb, 4 nəfər isə xəsarət alib.        

Narkotiklərlə əlaqəli 54, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb.

Teqlər:

"Həftəsonu yol qəzalarında 8 nəfər ölüb"

Əlaqəli Xəbərlər