http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Ağdam Sənaye Parkına 161 milyon manatdan çox vəsait yatırılacaq

10 İyul 2023 , 12:59
Ağdam Sənaye Parkına 161 milyon manatdan çox vəsait yatırılacaq

Ağdam Sənaye Parkında qeydə alınmış rezidentlər tərəfindən inşa edilmiş ilk müəssisənin bu il fəaliyyətə başlaması gözlənilir. Bununla da Azərbaycanın işğaldan azad olunmuş ərazilərində böyük sənaye istehsalı bərpa ediləcək. Ağdam Sənaye Parkında qeydə alınmış rezidentlərın çoxu artıq tikinti işlərinə başlayıb.

"Operativ Media" xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin şöbə müdiri Emil Hacıyev bildirib/

Onun sözlərinə görə, ümumi ərazisi 190 hektar olacaq sənaye parkının qurulması iki mərhələdə nəzərdə tutulub. Artıq əsas işlər birinci mərhələdə tamamlanmaq üzrədir. Hazırda Ağdam Sənaye Parkında 17 rezident və 5 qeyri-rezident qeydiyyatdan keçib. Burada istehsal olunmuş məhsullar azad edilmiş rayonların əksəriyyətində aparılacaq tikinti-quraşdırma işlərində istifadə ediləcək, eyni zamanda, digər rayonlara göndəriləcək, həm də xaricə ixrac olunacaq. Ağdam Sənaye Parkının prioritet sahələri tikinti materiallarının istehsalı, qida sənayesi, kənd təsərrüfatı məhsullarının emalı, gübrə istehsalıdır. Bir sıra layihələr dəyərləndirmə mərhələsindədir, qiymətləndirmə komissiyası tərəfindən nəzərdən keçirilir. Bu müəssisələr həm də bərpadan sonra şəhərə qayıdacaq sakinlərin işlə təmin olunmasında böyük rol oynayacaq. Qeydiyyatdan keçmiş rezident və qeyri-rezidentlər tərəfindən Ağdam Sənaye Parkına 161 milyon manatdan çox vəsaitin yatırılması nəzərdə tutulur. Bu investisiyalar nəticəsində 1400-dən çox yeni iş yeri açılacaq. Ağdam Sənaye Parkında digər sənaye parklarında olan güzəştlər mövcuddur. Belə ki, bütün sənaye parklarında qeydiyyatdan keçmiş rezidentlər ilkin mərhələdə bütün infrastrukturla təmin olunur.

OXŞAR XƏBƏRLƏR
Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb

Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb

Parlament seçki nəticələrinin təsdiqi üçün sənədlər Konstitusiya Məhkəməsinə təqdim edilib

Parlament seçki nəticələrinin təsdiqi üçün sənədlər Konstitusiya Məhkəməsinə təqdim edilib

Müdafiə Nazirliyində fotoqraf Reza Deqatinin iştirakı ilə master-klas keçirilib

Müdafiə Nazirliyində fotoqraf Reza Deqatinin iştirakı ilə master-klas keçirilib

XƏBƏR LENTİ
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
  • 19:59

    Rumıniyada 5,2 bal gücündə zəlzələ olub
Menyu