http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Şəkidə avtoxuliqanlıq edib sosial şəbəkələrdə paylaşan sürücü inzibati həbs edilib

10 İyul 2023 , 13:37
Şəkidə avtoxuliqanlıq edib sosial şəbəkələrdə paylaşan sürücü inzibati həbs edilib

Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaradan, avtoxuliqanlıq edən və bu kimi əmKİəllərini sosial şəbəkədə paylaşan sürücünü saxlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, rayon sakini Elbrus Bilalov idarə etdiyi “VAZ-2107” markalı avtomobil ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edib vəictimai-asayişi nümayişkaranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olub. Həmin şəxs yol polisi əməkdaşları tərəfindən saxlanılıb və barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin də qərar ilə E.Bilalovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 sut inzibati həbs edilib. 
Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə son 2 ay ərzində keçirilən nəzarət tədbirləri zamanı isə 3 avtoxuliqanlıq, 31 sərxoş vəziyyətdə və 70 sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə edən sürücü barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

OXŞAR XƏBƏRLƏR
Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb

Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb

Parlament seçki nəticələrinin təsdiqi üçün sənədlər Konstitusiya Məhkəməsinə təqdim edilib

Parlament seçki nəticələrinin təsdiqi üçün sənədlər Konstitusiya Məhkəməsinə təqdim edilib

Müdafiə Nazirliyində fotoqraf Reza Deqatinin iştirakı ilə master-klas keçirilib

Müdafiə Nazirliyində fotoqraf Reza Deqatinin iştirakı ilə master-klas keçirilib

XƏBƏR LENTİ
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
  • 19:59

    Rumıniyada 5,2 bal gücündə zəlzələ olub
Menyu