http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Tovuz döyüşlərinin üçüncü ildönümü ilə əlaqədar media-tur təşkil olunub

10 İyul 2023 , 13:38
Tovuz döyüşlərinin üçüncü ildönümü ilə əlaqədar media-tur təşkil olunub

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Tovuz döyüşlərinin üçüncü ildönümü ərəfəsində media nümayəndələri üçün əməliyyatların həyata keçirildiyi ərazilərdə media-tur təşkil olunub.

"Operativ Media" xəbər verir ki, KİV nümayəndələri Tovuz döyüşlərinin iştirakçısı olan, eləcə də bu ərazilərdə dislokasiya olunan hərbi hissədə xidmət edən hərbi qulluqçulardan müsahibələr götürüb və çəkilişlər aparıblar.

Hərbi qulluqçular 2020-ci ilin iyul ayının 12-dən 17-dək dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində gedən döyüş əməliyyatlarından xatirələrini bölüşüblər.

Media-tur çərçivəsində media nümayəndələri şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də məişət şəraitinin təmin edilməsi məqsədilə hərbi hissədə yaradılan şəraitlə də yaxından tanış olublar.
Yaradılan şəraitdən məmnunluqlarını ifadə edən hərbi qulluqçular Vətənə xidmət etməkdən qürur duyduqlarını bildiriblər.

OXŞAR XƏBƏRLƏR
Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb

Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb

Parlament seçki nəticələrinin təsdiqi üçün sənədlər Konstitusiya Məhkəməsinə təqdim edilib

Parlament seçki nəticələrinin təsdiqi üçün sənədlər Konstitusiya Məhkəməsinə təqdim edilib

Müdafiə Nazirliyində fotoqraf Reza Deqatinin iştirakı ilə master-klas keçirilib

Müdafiə Nazirliyində fotoqraf Reza Deqatinin iştirakı ilə master-klas keçirilib

XƏBƏR LENTİ
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
  • 19:59

    Rumıniyada 5,2 bal gücündə zəlzələ olub
  • 19:39

    Trampa ikinci sui-qəsd cəhdində şübhəli bilinən şəxs ittiham edilib
Menyu