Menyu

Rəşad Nəbiyev Qəbələdə vətəndaşları qəbul edib

Nərmin Qocamanlı
Rəşad Nəbiyev Qəbələdə vətəndaşları qəbul edib

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Qəbələ şəhərində vətəndaşları qəbul edib.

"Operativ Media" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, qəbulda Qəbələ, Oğuz, İsmayıllı və Ağsu rayonlarının sakinlərinin nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.

Nazir müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal müsbət həllini tapıb. Nazirliyin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Teqlər:

"Rəşad Nəbiyev Qəbələdə vətəndaşları qəbul edib"

Əlaqəli Xəbərlər