http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Yayda şadlıq saraylarının menyularından hansı qidalar çıxarılmalıdır?

11 İyul 2023 , 10:18
Yayda şadlıq saraylarının menyularından hansı qidalar çıxarılmalıdır?

Havaların isinməsi ilə qida zəhərlənmələrinin də sayı artmaqdadır. Xüsusilə toy və şənliklərdə menyunun düzgün seçilməməsi kütləvi zəhərlənmələrə səbəb olur. Əslində hansı qidaları yayda müştərilərə təklif etmək düzgün deyil ?

"Operativ Media"nın araşdırmasına görə, kafe və restoranlardan fərqli olaraq şadlıq saraylarında məclis iştirakçılarının seçimi olmadığından təklif olunan qidaları yeməyə məcbur olurlar. Baxmayaraq ki, həmin menyuda olan qidaların bəziləri mütəxəsislər tərəfindən tövsiyə olunmur. Maraqlısı burasındadır ki, bəzi restoran inzibatçıları həqiqətən də həmin qidaları menyudan çıxarırlar. 

Restoran inzibatçısı olan Cabbar Abdullayev deyir ki, yay aylarında riskə getməmək üçün mayonez tərkibli olan salatlar menyudan çıxarılır. Bununla yanaşı göbələklə olan salatlar da təklif olunmur.

Bəzi restoranlar balıq məhsulları verməkdən imtina edirlər. Yalnız məhsul yeni olduğu halda və tam bişmiş şəkildə verilir. Balıq tərkibli salatlar isə müştəri istəsə belə verilmir.

Bəs qanunvericilik nə deyir?

Qida mütəxəssisi Seymur Qafarov bildirir ki, hər hansı fəsilə görə menyuda xüsusi dəyişikliyin edilməsi ilə bağlı göstəriş və ya məcburiyyət yoxdur. Bu məsələ ictimai iaşə müəssisəsi rəhbərlərinin professionallığı və mövsümə uyğun işləmə qabiliyyətindən asılı olaraq tənzimlənir. Ancaq xüsusi qidalar var ki, zəhərlənmə riskini nəzərə alaraq, onların yay aylarında restoranlarda istehlakı tövsiyə olunmur.

"Daha çox qaymaq tərkibli qidalar, göbələkli, bol yağlı qidalar, mayonezli salatların qəbulundan imtina etmək lazımdır. Üstünlük verilməlidir mövsümi xarakter daşıyan tərəvəz məhsullarına, müəyyən meyvələrə, meyvə şirələri qatılaraq istifadə edilən yay salatlarına"

Mütəxəssis həmçinin yayda yüngül qidalara üstünlük verilməsini məsləhət görür. Restoranlarda təklif olunan balıq məhsullarını isə bişmə şəraitindən asılı olaraq yemək mümkündür.

"Bol fosforlu qidalara üstünlük vermək lazımdır. Az yağlı qidaları istifadə edilməlidir. Ağır süd məhsullarının, ağır yağlı məhsullardan imtina etmək lazımdır. Balıq xəfif yağda və təzə olduğu halda qızardılarsa yeyilməsi tövsiyyə olunur".
 

OXŞAR XƏBƏRLƏR
Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb

Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb

Parlament seçki nəticələrinin təsdiqi üçün sənədlər Konstitusiya Məhkəməsinə təqdim edilib

Parlament seçki nəticələrinin təsdiqi üçün sənədlər Konstitusiya Məhkəməsinə təqdim edilib

Müdafiə Nazirliyində fotoqraf Reza Deqatinin iştirakı ilə master-klas keçirilib

Müdafiə Nazirliyində fotoqraf Reza Deqatinin iştirakı ilə master-klas keçirilib

XƏBƏR LENTİ
  • 23:31

    Özbəkistan Cüdo Federasiyasının prezidenti Bakıya gəlib
  • 22:54

    Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
Menyu