Menyu

Qubada qanunsuz kömür quyusu aşkar edilib 

Nərmin Qocamanlı
Qubada qanunsuz kömür quyusu aşkar edilib 

Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə keçirilən növbəti nəzarət tədbirləri zamanı   qanunsuz yolla istismar edilən kömür quyusu aşkar edilib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, qanunsuz kömür istehsal edənin rayonun Gültəpə kənd  sakini Əlövsət Muradov  olduğu müəyyən edilib.

Faktla bağlı protokol tərtib olunub, təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb və aşkar olunan kömür quyusu ləğv olunub.

Teqlər:

"Qubada qanunsuz kömür quyusu aşkar edilib "

Əlaqəli Xəbərlər