Menyu

Altı ayda vergiödəyicilərinə 81 min 513 “Asan imza” sertifikatı verilib

Nərmin Qocamanlı
Altı ayda vergiödəyicilərinə 81 min 513 “Asan imza” sertifikatı verilib

Cari ilin altı ayı ərzində vergiödəyicilərindən daxil olan 13,8 mindən çox yazılı müraciət cavablandırılıb, 7 milyondan artıq məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), mobil telefon nömrələrinə 862 mindən yuxarı SMS göndərilib. 
"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, həmin dövr ərzində 1823 vergiödəyicisinin iştirakı ilə 138 görüş keçirilib, 2375 vergiödəyicisinə ünvanlı xidmət göstərilib.
Bu dövrdə ümumilikdə 119 min 995 müraciət üzrə 181 min 513 “Asan imza” sertifikatı verilib.

Teqlər:

"Altı ayda vergiödəyicilərinə 81 min 513 “Asan imza” sertifikatı verilib"

Əlaqəli Xəbərlər