Gömrük xətti ilə büdcə daxilolmaları artıb
Nərmin Qocamanlı
2023-ci ilin yanvar-iyun aylarında gömrük xətti ilə büdcə daxilolmaları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 21% artaraq 3 milyard 75 milyon 366 min manata çatıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, gömrük rüsumları üzrə daxilolmalar 768 milyon 744.1 min manat (ötən ilin eyni dövrünə nisbətən 20.4% çox), əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 2 milyard 188,168 milyon manat (21.4% çox), aksizlər üzrə daxilolmalar 97,361 milyon manat (39.3% çox), yol vergisi üzrə daxilolmalar isə 23,092 milyon manat (19.5 % az) təşkil edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net