Numan Kurtulmuş Heydər Əliyevin məzarını ziyarət edib
Nərmin Qocamanlı
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 12-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
"Operativ Media" xəbər verir ki, Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Bundan başqa, Numan Kurtulmuş Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib.
TBMM sədri Türkiyə səfirliyinin Bakıdakı nümayəndə heyəti ilə birgə Türk Şəhidliyi abidəsi önünə əkil qoyub, şəhidlərin məzarları üzərinə gül dəstələri düzüblər.
Türkiyə Parlamentinin sədri burada xatirə dəftərini imzalayıb.
Teqlər:
"Numan Kurtulmuş Heydər Əliyevin məzarını ziyarət edib"