Menyu

Qəbələdə 3 ilə yaxındır axtarışda olan Oman vətəndaşı saxlanılıb - FOTO

Nərmin Qocamanlı
Qəbələdə 3 ilə yaxındır axtarışda olan Oman vətəndaşı saxlanılıb - FOTO

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2021-ci ildən axtarışda olan xarici ölkə vətəndaşı saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Oman Sultanlığının vətəndaşı  Zakariya Abdullah Hassan Cinayət Məcəlləsinin 178.3.2-ci, yəni dələduzluq –külli miqdarda ziyan vurmaqla törədikdikdə maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmasına baxmayaraq o, məsuliyyətdən yayınmağa cəhd edib.  

Belə ki, 3 ilə  yaxın müddətdə paytaxtda, eləcə də respublikanın digər bölgələrində gizlənməyə çalışıb.  Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin yeri Bakı şəhərində müəyyən edilərək saxlanılıb və aidiyyəti üzrə təhvil verilib.

Teqlər:

"Qəbələdə 3 ilə yaxındır axtarışda olan Oman vətəndaşı saxlanılıb - FOTO"

Əlaqəli Xəbərlər