http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Bu gün MİQ üzrə ən yüksək nəticə göstərən müəllimlərin adları açıqlanıb

13 İyul 2023 , 16:50
Bu gün MİQ üzrə ən yüksək nəticə göstərən müəllimlərin adları açıqlanıb

Bu gün keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində ən yüksək balı toplayan müəllimlərin adları açıqlanıb.

"Operativ Media" xəbər verir k, bu barədə Təhsil İnstitutunun nəzdindəki İnsan Resursları Mərkəzi məlumat yayıb.

Bildirilib ki, test imtahanı mərhələsində fizika fənni üzrə ən yüksək balı Fikrət Abdulov (93,75), Nərminə İsmayılova (92) və Tünzalə Mövlanova (91.25), fransız dili fənni üzrə isə ən yüksək balı İlahə Rəhimova (90,5), Sədəf Bağıyeva (87,5) və Fidan Hadıyeva (86,25), informatika fənni üzrə Fidan Ramazanova (96,75), Mirvari Zərbəliyeva (93,25) və Aybəniz Rəfiyeva (92,5) toplayıblar.

Qeyd edək ki, imtahanda toplanılması mümkün olan maksimal bal 100-dür.

Xatırladaq ki, bu gün keçirilən test imtahanlarına ibtidai sinif müəllimliyi üzrə 11004, musiqi fənni üzrə isə 3255 namizəd dəvət olunub.

Əlli səkkiz minə yaxın namizədin iştirak etdiyi test imtahanları iyulun 11-dən 15-dək ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçirilir.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir.

Cari ildə 10 min müəllimin işə qəbulu hədəflənib. Vakansiya seçimində isə ilk olaraq şəhid ailələrinin üzvləri iştirak edə biləcəklər. Hər müəllim vakansiya seçimində maksimum 8 yer seçə bilər.

OXŞAR XƏBƏRLƏR
Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb

Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb

Parlament seçki nəticələrinin təsdiqi üçün sənədlər Konstitusiya Məhkəməsinə təqdim edilib

Parlament seçki nəticələrinin təsdiqi üçün sənədlər Konstitusiya Məhkəməsinə təqdim edilib

Müdafiə Nazirliyində fotoqraf Reza Deqatinin iştirakı ilə master-klas keçirilib

Müdafiə Nazirliyində fotoqraf Reza Deqatinin iştirakı ilə master-klas keçirilib

XƏBƏR LENTİ
  • 23:31

    Özbəkistan Cüdo Federasiyasının prezidenti Bakıya gəlib
  • 22:54

    Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
Menyu