http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Son 6 ayda büdcənin icrasında ümumi daxili məhsulun 2,3 faizi qədər profisit yaranıb

13 İyul 2023 , 17:00
Son 6 ayda büdcənin icrasında ümumi daxili məhsulun 2,3 faizi qədər profisit yaranıb

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, 2023-cü ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri 15480,0 milyon manat, xərcləri 14063,3 milyon manat təşkil edib, büdcənin icrasında 1416,7 milyon manatlıq və ya ümumi daxili məhsulun 2,3 faizi qədər profisit yaranıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2023-cü ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 13961,0 milyon manat, xərcləri isə 11142,4 milyon manat təşkil edib. Büdcənin icrasında yaranmış 2818,6 milyon manatlıq profisit ümumi daxili məhsulun 5,7 faizinə bərabər olub.

Daxilolmaların 36,20 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 24,56 faizi əlavə dəyər vergisi, 4,89 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,76 faizi fiziki şəxslərin gəlir vergisi, 3,87 faizi aksizlər, 1,12 faizi sadələşdirilmiş vergi, 1,85 faizi vergilərin digər növləri, 22,75 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Büdcə vəsaitlərinin 21,89 faizi iqtisadi fəaliyyətin, 19,97 faizi təhsil və səhiyyənin, 15,75 faizi sosial müdafiə və sosial təminatın, 13,55 faizi müdafiə və milli təhlükəsizlik tədbirlərinin, 12,05 faizi ümumi dövlət xidmətlərinin, 16,80 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.

OXŞAR XƏBƏRLƏR
Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb

Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb

Parlament seçki nəticələrinin təsdiqi üçün sənədlər Konstitusiya Məhkəməsinə təqdim edilib

Parlament seçki nəticələrinin təsdiqi üçün sənədlər Konstitusiya Məhkəməsinə təqdim edilib

Müdafiə Nazirliyində fotoqraf Reza Deqatinin iştirakı ilə master-klas keçirilib

Müdafiə Nazirliyində fotoqraf Reza Deqatinin iştirakı ilə master-klas keçirilib

XƏBƏR LENTİ
  • 22:54

    Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
Menyu