Menyu

Qubada işlədiyi kafedən oğurluq edən şəxs saxlanılıb

Nərmin Qocamanlı
Qubada işlədiyi kafedən oğurluq edən şəxs saxlanılıb

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə rayon ərazisində  oğurluq olması barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus obyektən  2580 manat pul və 4 ədəd bank kartının oğurlandığı müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən həmin kafenin işçisi Şirvan  şəhər sakini, əvvəllər məhkum olunmuş Bayraməli İsmayılov   saxlanılıb.  

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxsin barəsində  həbs qətimkan tədbiri seçilib.

Teqlər:

"Qubada işlədiyi kafedən oğurluq edən şəxs saxlanılıb"

Fotogalereya

Əlaqəli Xəbərlər