http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 13 ° C

Ombudsman Səbinə Əliyeva Kəlbəcərdə mülki şəxsin minaya düşməsi ilə bağlı bəyanat yayıb

14 İyul 2023 , 10:13
Ombudsman Səbinə Əliyeva Kəlbəcərdə mülki şəxsin minaya düşməsi ilə bağlı bəyanat yayıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Kəlbəcərdə mülki şəxsin minaya düşməsi ilə bağlı bəyanat yayıb.

Ombudsman Aparatından "Operativ Media"ya verilən məlumatda bildirilib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərində basdırılmış minalar və partlamamış hərbi sursatlar mülki şəxslərin həyatına ciddi təhlükə yaratmaqda davam edir:

"Belə ki, cari il iyulun 13-də Kəlbəcər rayonunun Seyidlər kəndi ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan azərbaycanlı mülki şəxs mina partlayışı nəticəsində xəsarət alıb.

Ermənistanın ölkəmizə qarşı törətdiyi mina terroru hərbi qulluqçularımızın və mülki şəxslərin həyatını itirməsinə və ya yaralanmasına səbəb olur, eyni zamanda, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışını ləngidir, sahibkarlıq subyektlərinin fəaliyyətinə, bölgədə həyata keçirilən bərpa və yenidənqurma işlərinə maneə yaradır.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların basdırılması və minalanmış ərazilərin dəqiq xəritələrinin verilməməsi Ermənistanın beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn norma və prinsiplərinə hörmətsizliyinin açıq nümayişidir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, aidiyyəti beynəlxalq təşkilatları Ermənistanın mina terrorunun dayandırılması, işğaldan azad olunmuş ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələrinin ölkəmizə təhvil verməsi ilə bağlı qəti addımlar atmağa çağırıram".

OXŞAR XƏBƏRLƏR
Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub

Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür

Bakının iki rayonunda qaz olmayacaq

Bakının iki rayonunda qaz olmayacaq

XƏBƏR LENTİ
  • 05:31

    Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  • 00:01

    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
  • Dünən
    23:18

    Tayvan və Macarıstan Livanda partlayan qurğularla əlaqəni təkzib edib
  • Dünən
    22:58

    UEFA Çempionlar Liqası: Liqa mərhələsinin I turunda daha 2 görüş keçirilib
  • Dünən
    22:33

    Rusiya səfirliyi diplomatların ölkədən çıxarılmasını məntiqli cavab adlandırıb
  • Dünən
    22:26

    Livanda rabitə qurğularında partlayışda ölənlərin sayı 14 nəfərə çatıb - YENİLƏNİB
  • Dünən
    21:54

    Bakının iki rayonunda qaz olmayacaq
  • Dünən
    21:25

    Netanyahu Livandakı hadisələrdən sonra ilk açıq bəyanatını verib
Menyu