Dövlət Su Ehtiyatları Agentliyinin sədri Göygöldə vətəndaşları qəbul edib
Nərmin Qocamanlı
Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Göygöl şəhərində vətəndaşları qəbul edib.
"Operativ Media" xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Qəbulda Göygöl, Daşkəsən və digər rayonlardan olan sakinlər iştirak edib.
Z.Mikayılov qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, suvarma suyunun limitinin artırılması, yeni subartezian quyularının qazılması, içməli suya tələbatın ödənilməsi, kanalizasiya sistemlərinin yenidən qurulması və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Teqlər:
"Dövlət Su Ehtiyatları Agentliyinin sədri Göygöldə vətəndaşları qəbul edib"