Bərdədə ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər barəsində tədbirlər görülüb
Nərmin Qocamanlı
Sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi halları aşkar edilib.
"Operativ Media" xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Ərazinin zibillənməsi halları ilə bağlı ümumilikdə 7 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə inzibati qaydada protokol tərtib olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Teqlər:
"Bərdədə ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər barəsində tədbirlər görülüb"