Menyu

Milli Müdafiə Universitetinin rəhbər heyətinin Türkiyə səfəri davam edir

Nərmin Qocamanlı
Milli Müdafiə Universitetinin rəhbər heyətinin Türkiyə səfəri davam edir

Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyevin rəhbərlik etdiyi nümayəndə heyətinin qardaş Türkiyə Respublikasına səfəri davam edir.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, səfərin proqramına uyğun olaraq Azərbaycan nümayəndə heyəti Türkiyə Respublikası Milli Müdafiə Universitetinin tabeiliyindəki xüsusi təyinatlı təhsil müəssisələrini ziyarət edib.

Qonaqlar təhsil müəssisələrinin ərazisi, tədris korpusları və maddi-texniki bazasını ziyarət edib, burada yaradılan şəraitlə tanış olublar. Onlara tədris prosesi barədə ətraflı məlumat verilib. Azərbaycan nümayəndə heyəti Quru Qoşunları Məktəbinin Atış və Təlim Komandanlığında azərbaycanlı kursantlarla görüşüb.

Hərbi qulluqçuların nümunəvi çıxışları izlənilib. Kursantlarla birgə nahar edilib. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib. Qeyd edək ki, ziyarət çərçivəsində Azərbaycan nümayəndə heyətini Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncu və Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı hərbi attaşelik aparatının nümayəndələri müşayiət edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər