Menyu

Ağcabədi rayon sakinindən çətənə bitkisi və qurudulmuş marixuana götürülüb

Nərmin Qocamanlı
Ağcabədi rayon sakinindən çətənə bitkisi və qurudulmuş marixuana götürülüb
1 dəq oxu

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində çətənə bitkisinin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Hindarx qəsəbə sakini Rauf Ağayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, onun yaşadığı ünvanda aparılan axtarış zamanı 41 ədəd aqrotexniki üsulla yetişdirilmiş çətənə bitkisi və 3 kiloqram 290 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Fotogalereya

Əlaqəli Xəbərlər