Menyu

Hacıqabul və Ucarda ətraf mühiti zibilləyən 8 nəfər cərimələnib

Nərmin Qocamanlı
Hacıqabul və Ucarda ətraf mühiti zibilləyən  8 nəfər cərimələnib

Hacıqabul və Ucar rayonlarında ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər barəsində tədbirlər görülüb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Hacıqabul və Ucar Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı hər iki rayon ərazisində məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması və ətrafın zibillənməsi halları aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə 5 nəfər Hacıqabul rayon sakini və 3 nəfər Ucar rayon sakini  barəsində inzibati qaydada protokol tərtib olunub və onların hər biri məsuliyyətə cəlb olunublar.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər