Menyu

Şıx qəsəbəsi ərazisindəki çimərlikdə oğurluq edən şəxs saxlanılıb

Nərmin Qocamanlı 358 baxış
Şıx qəsəbəsi ərazisindəki çimərlikdə oğurluq edən şəxs saxlanılıb
1 dəq oxu

 Şıx qəsəbəsi ərazisindəki çimərlikdə oğurluq edən şəxs saxlanılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 14-də Şıx qəsəbəsi ərazisindəki çimərlikdə bir nəfərin içərisində 950 manatı, bank kartları və sənədi olan cüzdanını oğurlamaqda şübhəli bilinən Astara rayon sakini Kamil Zahidov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Əlaqəli Xəbərlər