Menyu

FHN qanunsuz tikintilərin qarşısını alıb

Nərmin Qocamanlı
FHN qanunsuz tikintilərin qarşısını alıb

Bakı şəhəri, Səbail rayonunun Bayıl qəsəbəsində, Yasamal rayonunun Əsəd Əhmədov küçəsi, 24B ünvanında, Yardımlı rayonunun Çayüzü kəndində, Gəncə şəhərinin Əsgər Mərdanov küçəsi və Şıxzamanlı qəsəbəsində heç bir icazəverici sənəd olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyektlər sökülüb.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Teqlər:

"FHN qanunsuz tikintilərin qarşısını alıb"

Fotogalereya

Əlaqəli Xəbərlər