Menyu

Lənkəran və Salyanda heyvan oğruları saxlanılıb

Nərmin Qocamanlı
Lənkəran və Salyanda heyvan oğruları saxlanılıb
1 dəq oxu

Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 9-da Sinovli kəndi ərazisində Moloja kənd sakinləri olan 2 nəfərin 4 rəst atını oğurlamaqda şübhəli bilinən Viravul kənd sakini Yusif Məmmədov müəyyən olunaraq saxlanılıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidmətindən bildirilib.

Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə iyulun 15-də Aşağı Noxudlu kəndindəki bir evin həyətindən 1 baş inək oğurlamaqda şübhəli bilinən Şabran şəhər sakini Fərid Şirinov saxlanılıb. 

Araşdırmalar aparılır.

Əlaqəli Xəbərlər