http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Sumqayıtda vəzifəli şəxs cərimələnib

17 İyul 2023 , 15:11
Sumqayıtda vəzifəli şəxs cərimələnib

İyulun 14-də Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Sumqayıt şəhəri ərazisində və Xəzər dənizinin sahil zolağında keçirdikləri tədbirlər zamanı atmosferə atılan zərərli maddələrin zərərsizləşdirilməsi üçün tüstü bacalarına təmizləyici qurğuların quraşdırılmaması, Sumqayıt çayına tullantı sularının axıdılması, həmçinin məişət və istehsalat tullantılarının çayın kənarında qalaqlanması faktları aşkar olunub.  

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, atmosferə atılan zərərli maddələrin zərərsizləşdirilməsi üçün tüstü bacalarına təmizləyici qurğuların quraşdırılmamasına görə Sumqayıt şəhəri ərazisində yerləşən istirahət mərkəzlərindən birinin icarədarı barəsində İnzibati Xətalar Məcəlləsinin 237.1-ci (müəssisələr, qurğular və başqa obyektlər istismara verildikdə və ya istismar müddətində ekoloji tələblərin pozulması), Sumqayıt çayına tullantı sularının axıdılmasına, həmçinin məişət və istehsalat tullantılarını çayın kənarında qalaqlanmasına görə isə bir vəzifəli şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci (su obyektlərinin mühafizəsi qaydalarının pozulması) və 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddələri ilə inzibati tənbeh tədbiri tətbiq olunub. 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb

BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb

“Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı haqqında saziş imzalanıb

“Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı haqqında saziş imzalanıb

XƏBƏR LENTİ
  • 20:16

    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB
    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB
  • 20:10

    Rusiya mənəvi dəyərlərinə dağıdıcı qaydalar tətbiq edən ölkələrin siyahısını təsdiqləyib
  • 20:01

    İsrail ordusu Beyrutda Hizbullah komandiri Aqilin öldürüldüyünü təsdiqləyib
  • 19:37

    BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb
    BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb
  • 19:23

    “Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı haqqında saziş imzalanıb
  • 19:08

    Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
  • 19:02

    Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
  • 18:59

    Hizbullah İsrailə raket zərbələri endirib
Menyu