Sumqayıt sakinini hədələyərək pulunu talayan şəxslər tutulub
Nərmin Qocamanlı
İyulun 15-də Yasamal rayonunun B.Səfəroğlu küçəsində 2 nəfərin Sumqayıt şəhər sakini K.Həsənovu kəsici alətlə hədələyərək 110 manat pulunu talamaları barədə polisə məlumat daxil olub.
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 1989-cu il təvəllüdlü Emin Zamanov və 1988-ci il təvəllüdlü Süleyman Əsgərov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net