http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Yelo Bank-ın növbəti rəqəmsal filialı Tovuzda!

18 İyul 2023 , 16:10
Yelo Bank-ın növbəti rəqəmsal filialı Tovuzda!

Yelo Bank filial şəbəkəsini genişləndirməyə və parlaq bankçılıq həllərini əlçatan etməyə davam edir.

"Operativ Media" xəbər verir ki, bu dəfə Bank rəqəmsal konseptli daha bir filialını Tovuzda istifadəyə verdi. Ənənəvi filiallardan fərqli olaraq rəqəmsal filialda bank əməliyyatları terminallar vasitəsilə aparılır. Müştərilər rahat və çevik şəkildə kart, biznes və istehlak krediti əldə edə, əmanət hesabı aça və digər bank xidmətlərini həyata keçirə bilərlər. Bunlarla yanaşı, 24/7 rejimində hesablara mədaxil, kartdan vəsaitin nağdlaşdırılması, müxtəlif ödənişlər, pul köçürmələri də etmək mümkündür. Yeni filial Tovuz rayonunun Aşağı Öysüzlü kəndində yerləşir.

Filialın açılışı münasibətilə Yelo Bank-ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib ki, yeni, rəqəmsal filialda üstün xidmət səviyyəsi təqdim olunacaq: “Xidmət şəbəkəmizi xüsusilə regionlarda genişləndirməyimizin əsas məqsədi ölkənin real sektoruna hərtərəfli dəstək olmaqdır. Bu baxımdan Tovuzda geniş əməkdaşlıq potensialı görürük.Burda da ənənəvi bankçılıq modelindən ayrılıb, müştərilərimizə daha sürətli və daha rahat xidmət göstərməyi hədəfləyirik. Gələcək planlarımıza regionlarda rəqəmsal konseptdə daha bir neçə filial açmaq daxildir. Bununla ölkəmizdə yerli sahibkarlığın, eləcə də nağdsız ödənişlərin inkişafına təkan verəcəyimizə inanıram”.

Xatırladaq ki, bundan öncə Yelo Bank ard-arda Ağcabədi, Xaçmaz, Salyan və Qəbələ filiallarını müştərilərin istifadəsinə verib. Hazırda Bankın 18 filialı və 1 özünəxidmət mərkəzi fəaliyyət göstərir.

Onlayn kredit haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram və ya Whatsapp hesablarımıza yazın. 

Yelo Bank – Parlaq bankçılıq!

OXŞAR XƏBƏRLƏR
143 milyonluq mənimsəmə ilə bağlı ekspertiza keçiriləcək

143 milyonluq mənimsəmə ilə bağlı ekspertiza keçiriləcək

Sentyabr ayının pensiya ödənişi yekunlaşıb

Sentyabr ayının pensiya ödənişi yekunlaşıb

Naxçıvan Ali Məhkəməsi Ali Məclisə seçkilərin nəticələrini təsdiqləyib

Naxçıvan Ali Məhkəməsi Ali Məclisə seçkilərin nəticələrini təsdiqləyib

XƏBƏR LENTİ
  • 18:24

    143 milyonluq mənimsəmə ilə bağlı ekspertiza keçiriləcək
  • 18:20

    Sentyabr ayının pensiya ödənişi yekunlaşıb
  • 18:07

    ABŞ səfiri: Azərbaycan və ABŞ arasında “yaşıl enerji” sahələrində əməkdaşlığın inkişafı üçün böyük potensial var
  • 17:49

    Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq
  • 17:31

    Naxçıvan Ali Məhkəməsi Ali Məclisə seçkilərin nəticələrini təsdiqləyib
  • 17:29

    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib
  • 17:23

    Ali Məhkəmənin sədri İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • 17:15

    Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilib - YENİLƏNİB
Menyu