Menyu

Rusiyada qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Redaksiya
Rusiyada qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

10 il əvvəl Rusiyada qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

"Operativ Media" xəbər verir ki, bu barədə Goranboy rayon prokurorluğunun məlumatında bildirilib.

Qeyd olunub ki, 01 aprel 2013-cü il tarixdə Rusiya Federasiyasının Volqoqrad şəhərinin Krasnoarmeyski rayonunda Rusiya vətəndaşı Abdulov Ravil Amiroviçin öldürülməsi faktı ilə bağlı Volqoqrad şəhər Krasnoarmeyski rayon İstintaq şöbəsi tərəfindən başlanmış cinayət işi üzrə aparılmış istintaq tədbirləri nəticəsində cinayətin Azərbaycan Respublikasının vətəndaşı Kazımov Nazim Məhəmməd oğlu tərəfindən törədilməsi və sonuncunun Azərbaycan Respublikası ərazisində olması müəyyən edildiyindən iş istintaqın davam etdirilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsilə Goranboy rayon prokurorluğuna göndərilib.

İstintaqla Nazim Kazımovun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Ravil Abdulova bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Nazim Kazımova Cinayət Məcəlləsinin 12.1, 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham elan olunaraq cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Teqlər:

"Rusiyada qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır"

Əlaqəli Xəbərlər